Türkiyənin Müdafiə naziri Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiyaya səfər edib.
Eurasia Diary xəbər verir ki, türk rəsmilər Rusiyada Müdafiə naziri Sergey Şoyqu və digər rəsmilərlə görüşüb.
Rusiyanın Soçi şəhərində keçirilən görüş zamanı Akar və Şoyqu regional məsələlərlə yanaşı Soçi razılaşması və İdlibdəki son vəziyyəti müzakirə ediblər.
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İdlibdə Rusiya və Türkiyəyə ehtiyac olduğunu bildirib.