Eurasia Diary AA-ya istinadən xəbər verir ki, ABŞ-ın Nümyaəndələr Palatasının ilk hicablı millət vəkili olan Ilhan Omar ABŞ Prezidenti Donald Trampı Qaşıqçı məsələsində nümayiş etdirdiyi rəftarına görə sərt tənqid edib.
O, şəxsi "tvitter" hesabından verdiyi açıqlamada qeyd edib ki, "prezidentimiz bir daha əxlaqın pul ilə satın alına bilinməyəcəyini sübut etdi. Eyni zamanda Səudiyyə Ərəbistanı isə hətta bir prezidentin pulla satın almanın mümkün olduğunu isbat edir".
Qeyd edək ki, Ilhan Omar bu fikri Trampın "Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığımız dəvam edəcək" açıqlamasından sonra tvitterdə paylaşıb.