"Ermənistanda iqtisadi artım tempi azalmaqda davam edir".
Eurasia Diary Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib.
"Milli Statistika Xidməti makroiqtisadi göstəriciləri dərc edib. Bir ay əvvəlcədən söylədiyim kimi, iqtisadi artım tempi 6 faiz dərəcəsində azalmağa davam edir. Məxməri inqilab səbəbilə K.Karapetyanın dövründə artım daha 9,7 faiz azalıb. İlin sonuna qədər iqtisadi artım tempi azalmaqda davam edəcək. 2019-cu ilin ilk yarısında mütləq azalmanın olması da mümkündür. Eniş olacaqsa, bərpa olunmaq çox çətin olacaq. Çünki iqtisadi enişdən və ya geri çəkilən ordudan pis şey yoxdur. Bu, sadəcə, xəbərdarlıqdır", - Q.Baqratyan "Facebook" səhifəsində yazıb.