Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün siyahısı ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltona verilib.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.
Çavuşoğlu Türkiyənin Qaşıqçı cinayətinin sonuna qədər işıqlandırılması məsələsində israr etdiyini və ABŞ-a da Ankaranın mövqeyinin bu şəkildə çatdırıldığını söyləyib.