Fransa Prezidenti Emmanuel Makron haqqında qurucusu olduğu Respublika Yürüşü Hərəkatının ötən il aldığı 144 min avro ianənin mənbəyni bildirmədiyi üçün istintaq başladılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
İstintaq noyabrın 12-də siyasi partiyaların ianələrini və maliyyə dəstəkçilərinə nəzarət edən Kampaniya Hesabları və Siyasi Partiyaların Maliyyəçisi Milli Komissiyasının vəziyyətlə bağlı Paris prokurorluğuna məlumat verməsindən sonra başladılıb.
Qeyd edək ki, Fransada qanuna əsasən, bir partiyaya 7500 avrodan artıq ianə vermək qadağandır.