Rusiya yaxın vaxtlarda İsrail və ABŞ-a İran qoşunlarının Suriyadan çıxarılmasına əvəz olaraq, İrana qarşı bəzi sanksiyaların ləğv edilməsini təklif edib.
Eurasia Diary xəbər verir ki, bu haqda İsrail hökumətinin iclasında iştirak edən mənbələrə istinadən ABŞ-ın “Axios” nəşri yazıb.
Mənbələrə görə, guya bu haqda qapalı iclasda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Ancaq Amerika nəşrinin xəbəri Moskva tərəfindən təkzib olunub. Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib ki, bu informasiyanı təsdiq etmir.
Oktyabr ayında isə Rusiya prezidenti Vladimir Putin “Valday” diskusiya klubunun plenar sessiyasında söyləyib ki, İranı Suriyadan getməyə razı salmaq Rusiyanın problem deyil.
Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.