“İranın Suriyadan çıxarılması və ölkənin probleminə həll yolu tapılmasından sonra bütün xarici qüvvələr buranı tərk etməyə hazır olmlıdır”.
Eurasia Diary “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Suriya üzrə Xüsusi nümayəndəsi Ceyms Franklin səsləndirib.
O, bu ifadələrinin Rusiyanı əhatə etmədiyini də söyləyib. Onun sözlərinə görə, Rusiyanın Suriyada münaqişədən əvvəl də qüvvələri var idi.
“Burada əvvəllər də mövcud olan Rusiya əslində buradan çəkilməyə də bilər, amma Suriyada əməliyyat aparan digər dörd dövlət – ABŞ, İsrail, Türkiyə və İran buradan çəkilməlidir. Bu təhlükəli vəziyyətdir”, - deyə o vurğulayıb.
Lakin Franklin bildirib ki, bunun üçün zəruri şərtlər təmin olunmalıdır. Bunlar İŞİD-in birdəfəlik məğlubiyyətini təmin etmək, Suriyadakı münaqişəyə həll yolu tapmaq və bütün xarici qoşunların buradan çıxacağına əmin olmaqdır.
Franklin onu da əlavə edib ki, Bəşər Əsəd gələcəkdə ölkəni idarə etməməlidir, lakin onun hakimiyyətdən salınması da Birləşmiş Ştatların işi deyil.