ABŞ prezidenti Donald Tramp Ağ Evin Aparat rəhbəri Con Kellinin istefa verəcəyini açıqlayıb.
Trend-in məlumatına görə, Tramp Con Kellinin ilin sonunda postundan gedəcəyini deyib: “Biz Conun yerinə gələcək şəxsin adını elan edəcəyik. Həmin şəxs bu vəzifəni müvəqqəti də idarə edə bilər. Mən bunu yaxın 1-2 gün ərzində elan edəcəm. Mən onun (Conun) xidmətinə çox dəyər verirəm”.