Türkiyə və ABŞ Mənbiclə bağlı əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dair bu ayın sonuna qədər qəti addımlar atacaq.
Eurasia Diary-nin Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə türkiyə və amerikalı rəsmilərin Ankarada baş tutan görüşü zamanı razılıq əldə olunub. Tərəflər Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd ediblər.
Həmçinin münaqişənin siyasi yollarla həllinin önəmi vurğulanıb. Rəsmilər bəyan edib ki, Suriya və ondan kənarda terror təhdidlərinin aradan qaldırılması üçün yüksək səviyyədə mübarizə aparılacaq.