“Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bu gün keçirilən parlament seçkilərində səsvermə hüququndan istifadə edə bilər”.
Eurasia Diary “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasından deputatlığa namizədliyini irəli sürən sabiq müdafiə naziri Viqen Sərkisyan deyib.
“Əminəm ki, o, fəal vətəndaşdır və seçkidə iştirak edəcək”, - Viqen Sərkisyan bildirib.
Lakin keçmiş prezidentin harada və nə zaman səs verəcəyi barədə məlumat verilməyib.