ABŞ-ın Texas ştatında uşaqlara Santa-Klausun əslində mövcud olmadığını deyən dini fanat həbs olunub.
Eurasia Diary xəbər verir ki, bu haqda “NBCDWF.com” məlumat yayıb.
Aaron Urbanski adlı həmin şəxs və daha iki fəal Klibern şəhərində “Santa ilə səhər yeməyi” adlı tədbirinin keçirildiyi Sent Mark metodik kilsənin qarşısına toplaşıb. Onlar tədbirə gələn uşaqlara yaxınlaşaraq, Santa-Klausun qondarma olduğunu, əksinə, İsa Məsihin real insan olduğunu söyləyiblər.
Analardan birinin sözlərinə əsasən, həmin şəxslər onların qarşısını kəsərək “Siz necə valideynsiniz ki, uşaqlarınıza Santa-Klausa inanmağa qoyursunuz, onlar heç olmasa, İsanın kim olduğunu bilirlər?”, - deyə məzəmmət dolu suallar yağdırıblar.
Qadınların buna etirazından sonra o daha da hiddətlənərək, Santa-Klausun mövcud olmadığını car çəkməyə başlayıb.
Həbs olunan dini fanata hansı cəzanın veriləcəyi məlum deyil.