Bu gündən etibarən Gürcüstanda çörəyin qiyməti 10-15 tetri bahalaşıb.
Buna səbəb prezident seçkiləri öncəsi unun qiymətində artımın olmasıdır.
Çörəkbişirmə müəssisələrinin nümayəndələri bildirib ki, seçkiöncəsi dövrdə çörəyin qiyməti süni olaraq saxlanılırdı.
Gələcəkdə çörəyin qiymətinin yenidən bahalaşması istisna olunmur.