Moldova Konstitusiya Məhkəməsi 5 qanunun təsdiqlənməsi üçün Prezident İqor Dodonun səlahiyyətlərini yenidən əlindən alınıb.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Mixay Poalelunj deyib. Onun sözlərinə görə, Dodonun səlahiyyətləri onun öz öhdəlikləri icra etməməsi ucbatından əlindən alınıb.
O, bu qanunları Dodonun yerinə özünün imzalayacağını bildirib.
Qeyd edək ki, Dodon indiyə qədər 3 dəfə səlahiyyətlərindən məhrum edilib.