40 il ərzində universitetdə azadlığı təmin edə bilməyən hökumət heç 40 il sonra da edə bilməz. Rəhbər 30 ildir ki, İran İslam Cümhuriyyətinə rəhbərlik edir.
Eurasia Diary xəbər verir ki, bu sözləri Təbriz Universitetinin adı açıqlanmayan tələbəsi tədbirlərin birində İranın Ali dini lideri Əli Xameneini sərt tənqid edərkən deyib. O, ölkədə fəhlələrin və müəllimlərin problemlərinə işarə edərək onların hüquqlarını müdafiə edib:
“O, nə üçün tələbələrin tələbinə cavab vermir?! Nəyə görə universitetə gəlib tələbələrlə söhbət etmir?! Yalnız diktatorlar müxaliflərin sözünə qulaq asmaz! Haşim Xastar nə üçün dəlixanaya aparıldı? İsmayıl Bəxşi nəyə görə saxlanıldı?”
Tələbələr çıxışçıya cavab vermək istəyən millət vəkili Məsud Pezeşkianı “Otur yerə” şüarı ilə susduraraq, çıxışa müdaxilə etməsinə imkan verməyiblər.