ABŞ Prezidenti Donald Tramp impiçment təhlükəsinin real olduğunu düşünür.
Eurasia Diary xəbər verir ki, bu barədə CNN informasiya yayıb.
Məlumata görə, Tramp məsləhətçiləri ilə söhbətləri zamanı impiçment elan edilməsindən çəkindiyini dilə gətirib. Prezident bunun Konqresin demokratların nəzarətinə keçəcəyi halda baş verə biləcəyini qeyd edib.