Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan hökumət binasında bir qrup xarici jurnalistə müsahibə verib.
Anadolu Agentliyi müxbirinin Türkiyə ilə münasibətlərə dair verdiyi sualdan sonra Paşinyan qeyd edib ki, "Türkiyə ilə münasibətlərin Dağlıq Qarabağ problemi ilə birbaşa bağlıdır. Mən daha əvvəldə qeyd etmişəm ki, Türkiyə ilə heç bir şərt olmadan əlaqələr qurmağa hazırıq. Ümid edirəm ki, Türkiyə də buna hazırdır".
Dağlıq Qarabağ probleminin həllinə dair verilən suala isə Paşinyan belə cavab verib:
"Qarabağ probleminin sülh şəraitində həllinin tərəfdarıyıq. Ancaq burada yaşayan insanlara öz müqəddaratını həll etmək hüququnu vermədən bu problemin həlli qeyri-mümkündür.