Dekabrın 11-i, çərşənbə axşamına keçən gecə Fransanın Strasburq şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Eurasia Diary xəbər verir ki, bunu çərşənbə günü Fransanın daxili işlər naziri Kristof Kastaner deyib.
"Saat 19:50-dən naməlum şəxs şəhərin üç nöqtəsində terror aktı törədib, o, 3 nəfəri qətlə yetirib", - deyə Kastaner Strasburqda keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, daha 12 nəfər yaralanıb.
***
Fransanın Strasburq şəhərinin mərkəzində silahlı insident baş verib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidmətinə istinadən "Reuters" məlumat yayıb.
Atışma nəticəsində 1 nəfər ölüb, daha 3-ü isə yaralanıb.