Ermənistanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin keçmiş rəhbəri, eks-deputat Aram Arutyunyan ölkədən qaçıb.
Eurasia Diary xəbər verir ki, “Qraparak” qəzeti onun hansı ölkəyə qaçdığı haqqında heç bir məlumat olmadığını yazıb.
Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu bundan öncə Aram Arutyunyanı 14 milyon dollar rüşvət almaqda ittiham etmişdi.