Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputatları baş nazir Tereza Meyə etimadsızlıq səsverməsinin keçirilməsi üçün təşəbbüs irəli sürüb. Deputatlar baş nazirin Britaniyanın Avropa İttifaqında çıxma prosesinin (Brexit) yekunlaşması üçün lazımi addımlar atmadığını hesab edir.
Eurasia Diary xəbər verir ki, “1922” komitəsinin sədri Qrem Bredi etimadsızlıq səsverməsinin keçirilməsi üçün tələb olunan ərizə sayının əldə olunduğunu bəyan edib.
Bununla əlaqədar dekabrın 12-də yerli vaxtla 18:00 dan 20:00-a kimi (Bakı vaxtı ilə 22:00-dan 24:00-a kimi) Ümumilər palatasında iclas keçiriləcək. Səslər dərhal hesablanacaq və axşam tez bir zamanda ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq”, - deyə Bredi bildirib.
Qeyd edək ki, Meyin hakimiyyətdən getməsi üçün etimadsızlıq səsverməsində 158 deputat britaniyalı baş nazirin əleyhinə səs verməlidir.