Hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub
Xəbər veridiyimiz kimi, Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürət qatarının lokomotivlə toqquşması nəticəsində ağır qəza baş verib.
Eurasia Diary "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.
Vali hadisə yerində işlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
***
Türkiyənin paytaxtı Ankarada sürət qatarı aşıb.
Eurasia Diary xəbər verir ki, Yenimahalle bölgəsi Marşandiz stansiyasından keçən yüksək sürətli qatar relsdən çıxıb və iki vaqon aşıb. Hadisə zamanı çox sayda sərnişin yaralanıb.
Səhər saatlarında baş verən qəzanın səbəbləri hələlik dəqiq bilinmir. Qəzadan sonra əraziyə çox sayda təcili yardım və xilasedicilər cəlb edilib.
Yaralılar təcili yardımlarla bölgədəki xəstəxanalara çatdırılıb.