İkinci Permyakov qalmaqalı Moskva hərbçisini İrəvana vermir

Dünya 17:03 13.12.2018
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasının əsgəri tərəfindən süpürgəçi işləyən 57 yaşlı yerli erməni sakini Cülyetta Qazaryanın öldürülməsi Moskva ilə İrəvan arasında ikinci Permyakov qalmaqalına səbəb olacaq.
 
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bu barədə süpürgəçi qadının qətlinə münasibət bildirən erməni vəkil Norayr Norikyan bəyan edib. Onun sözlərinə görə istintaq prosesini İrəvan tərəfi aparmalı olsa da, Moskva cinayəti törədən rus hərbçini Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edir və onu 102-ci bazada saxlayır. 

Vəkilin sözlərinə görə, rus hərbçiləri ilk dəfə deyil ki Ermənistanda cinayət törədirlər. Bu cür məsələlərdə cinayətkarın məsuliyyətə cəlb edilməsi ilə bağlı vəziyyət İrəvanla Moskva arasında hərbi bazaya dair müqavilə və qarşılıqlı hüquqi yardım haqqında sazişlərlə tənzimlənir. Həmin sazişin 4-cü maddəsində göstərilir ki, rus hərbi bazasının qulluqçusu tərəfindən Ermənistan ərazisində törədilən cinayətlər Ermənistan qanunvericiliyinə uyğun olaraq araşdırılır. Lakin hərbi bazanın yerləşdiyi ərazidə törədilən, Rusiyaya və ya bazanın özünə, yaxud hərbçilərin ailə üzvlərinə qarşı istiqamətlənən cinayətlər istisnadır və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən mühakimə edilir. 

“Aydındır ki, bu bəndlərdən heç biri hazırkı faciəyə uyğun gəlmir. Vurğulamaq istəyirəm ki, Ermənistan Cinayət Məcəlləsinin 14-cü maddəsində göstərilir ki, respublika ərazisində cinayət törədən şəxs bu məcəllə üzrə müvafiq məsuliyyətə cəlb edilir. Amma nəzərə alsaq ki, hərbçi rus hərbi bazasının ərazisində yerləşir, heç bir şübhə yoxdur ki, Permyakov məsələsində olduğu kimi Rusiya Konstitusiyasının Rusiya Federasiyası vətəndaşının başqa dövlətlərə təhvil verilməsini qadağan edən 61-ci maddəsinə istinad ediləcək. Əgər belə hallar və cinayətlər təkrar ediləcəksə, onda Rusiya tərəfi ilə imzalanan müqavilələrə dəyişikliklər edilməlidir” – Norikyan bildirib. O, həmçinin əlavə edib ki, Moskvanın qanundan bu cür “istifadəsi” qəbuledilməzdir. 

Xatırladaq ki, Gümrüdəki 102-ci rus hərbi bazasının əsgəri Valeri Permyakov 2015-ci ilin yanvarında Avetisyanlar ailəsinin 7 üzvünü güllələmişdi. Ermənistan cəmiyyətinin kütləvi etirazlarına və cinayətkarın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələblərinə baxmayaraq, Permyakov məhz 102-ci hərbi bazada keçirilən məhkəmə prosesində Rusiya qanunvericiliyə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası almışdı. Daha sonra isə Rusiyaya ekstradisiya edilmişdi. 

Maraqlıdır ki, Serj Sarkisyanın rəhbərlik etdiyi o zamankı Ermənistan hakimiyyəti məsələ ilə bağlı əhaliyə müraciət ünvanlamamışdı və ölkədə heç matəm də elan olunmamışdı. Odur ki, Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın bu dəfəki cinayətdə Moskva ilə necə davranacağı və süpürgəçini öldürən rus hərbçinin məhz Ermənistan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi üçün hansı addımları atacağı erməni ekspertləri arasında ciddi maraq doğurur. 
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı