Bu il Banqkokda keçirilən “Miss Kainat” beynəlxalq gözəllik yarışının qalibi filippinli Katriona Qrey olub.
Eurasia Diary xəbər verir ki, ondan sonrakı yeri Venesuela nümayəndəsi Stefani Quterres tutub.
Qeyd edək ki, Qreyin 24 yaşı var. O, HİV və SPİD-lə mübarizə məsələləri ilə məşğul olan “Love Yourself” təşkilatında çalışır. Bundan başqa o “Yanq Fokus” təşkilatında könüllü kimi xidmət göstərir.