“Əfqan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri qarşıdan gələn qış aylarında hərbi əməliyyatlara davam edəcək, bizim xüsusi planlarımız var”.
Eurasia Diary xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Qafur Əhməd Cavid deyib.
Gizlilik baxımından əməliyyatlarla bağlı detalları açıqlamayan Cavid, yaxında bütün dünyanın irimiqyaslı hərbi əməliyyatlara şahid olacağını bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar üçün hərtərəfli planlar hazırlanıb və onlar son üç ildə əsas mərkəzlərini qiyamçılara itirmiş olan bölgələrdə keçiriləcək.
Onun sözlərinə görə, hərbi əməliyyatlar üçün hərtərəfli planlar hazırlanıb və onlar son üç ildə əsas mərkəzlərini qiyamçılara itirmiş olan bölgələrdə keçiriləcək.