Ukrayna prezidenti Petro Poroşenko Donbassda davam edən döyüşləri qısa müddətdə dayandıracağı ilə bağlı xalqa verdiyi sözə görə üzr istəyib.
Eurasia Diary-in “112 Ukraina”ya istinadən xəbərinə görə, Poroşenko münaqişənin sona çatması ilə əlaqədar verdiyi əsassız ümidlərə görə narahat olduğunu bildirib, bütün siyasətçiləri öz vədlərini məsuliyyətlə yerinə yetirməyə çağırıb.