Eurasia Diary xəbər verir ki, ABŞ rəhbərliyindəki Anti-İşid hərbi koalisiyasının mətbuat katibi polkovnik Sean Ryan şəxsi "tvitter" hesabında PKK dəstəkçisi olan bir səhifənin paylaşımını yayıb.
Türk hökumətinin buna sərt reaksiyasından sonra ABŞ palkovniki üzr istəyib.
Polkovnik Ryan qeyd edib ki, "paylaşımda Türkiyənin təhqir edildiyini anlamadım və səhfən paylaşdım. Üzrümü qəbul etmələrini xahiş edirəm".