Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Suriya ilə bağlı Konstitusiya Komissiyasının qurulması barədə razılıq əldə edib.
Eurasia Diary xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə komitənin ilk iclasının tarixi müəyyən edilib.
Nazirlərin görüşü ilə bağlı yekun açıqlama verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilk iclasın gələn ilin əvvəlində Cenevrədə keçiriləcəyini bəyan edib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da bəyanatında Konstitusiya Komissiyası ilə bağlı mühüm mərhələyə qədəm qoyduqlarını deyib.