Ermənistanın baş naziri Nikol Paşinyan Arşak Karpetyanı özünə hərbi müşavir təyin edib.
Eurasia Diary xəbər verir ki, bu Ermənistanda ciddi rezonansa səbəb olub.
Erməni mətbuatında yer alan xəbərlərə görə Karpetyan 2016-cı ildə Azərbaycanın qələbəsi ilə nəticələnən aprel müharibəsində erməni ordusunun böyük itkilər verməsinin əsas günahkarı hesab edilir.
Karpetyan Ermənistan ordusunun baş qərargahının kəşviyyat idarəsinin rəisi olub. Aprel müharibəsindən sonra sabiq prezident Sarkisyan onu vəzifədən azad edib.
Ermənu jurnalist Baqdasaryan öz feysbuk səyfəsində yazır ki, "Karpetyan aprel döyüşlərində Azərbaycan ordusunun plan və hərəkətləri haqqında minimum informasiyaları belə əldə edə bilməmişdi. O, məsuliyyətə cəlb olunmalı idi, ancaq ona vəzifə verilir. İnsanın ağlı yerindən oynayır".
Qeyd edək ki, Karpetyan bir müddət Ermənistanın Rusiyada hərbi ateşşesi olub. Dekabrı 18-i isə o, hərbi müşavir təyin edilib.