Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.
Eurasia Diary-nin məlumatına görə, xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.
***
Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.
Eurasia Diary-nin məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.
İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə nəticəsində 1-i yanğınsöndürən olmaqla, 15 nəfərin yaralandığı deyilir.
Qeyd edək ki, bu gün Parisdə "sarı jiletlər"in növbəti aksiyası planlaşdırılır.