İranda “Boeing-707” tipli yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Təyyarə evlərinin olduğu əraziyə düşüb. Bir neçə evə ciddi ziyan dəyib.
Təyyarənin göyərtəsində 16 nəfər olub. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ qalıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. İranın Müdafiə Nazirliyi yük təyyarəsinin orduya məxsus olduğunu açıqlayıb.
***
Qırğızıstana məxsus "Boing 707" yük təyyarəsi İranın paytaxtı Tehranın Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb.
Eurasia Diary-nin məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.
Onun sözlərinə görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.
Məlumata görə, təyyarədə 10 sərnişin olub.