İŞİD-in mülki xəlifəliyindən qalmış cüzi bir hissəni müxtəlif istiqamətlərdən sərt şəkildə vura-vura çoxdan gerçəkləşməsi lazım gələn Suriyadan çəkilmə əməliyyatına başlayırıq.
Eurasia Diary teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün Tvitter hesabında yazıb.
Tramp sözünə belə davam edib: "İŞİD təkrar toparlanarsa, yaxınlıqdakı hərbi bazalardan onları yenidən vuracağıq. Kürdlərə hücum eləsə, Türkiyəni iqtisadi baxımdan məhv edəcəyik.
Suriyada 20 millik təhlükəsiz zona quracağıq. Eyni zamanda kürdlərin də türkləri provakasiya eləməsini istəmirik.
ABŞ-ın təbii düşməni olan İŞİD-in Suriyada məhvindən Rusiya, İran və Suriya özü də faydalanacaq. Biz də faydalanacağıq. Amma indi hərbçilərimizin evə dönmək vaxtıdır. Sonsuz müharibələri bitirəcəyik".
Donald Trampın açıqlamasına Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın belə münasibət bildirib: "Türkiyə kürdlərlə yox, terrorla döyüşür. Kürdləri və Suriyanı bütün terror təhdidlərindən qoruyacağıq.
Kürdləri PKK və onun Suriya qolu olan PYD/YPG ilə eyniləşdirmək böyük xətadır. ABŞ-dan strateji ortaqlıq öhdəliyini yerinə yetirməyi gözləyirik".