Nikol Paşinyan yenidən Ermənistanın baş naziri təyin edilib.
Eurasia Diary xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Ermənistan Prezidenti Armen Sərkisyan imzalayıb.
Qanunvericiliyə əsasən, baş nazir qarşıdakı 15 gün ərzində yeni hökuməti qurmalıdır.
Paşinyan yeni kabinetin tərkibi parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.