Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsini təhdid edən ABŞ Prezidenti Donald Trampa cavab verib.
Eurasia Diary xəbər verir ki, nazir ölkəsinin iqtisadi sanksiyalar və terrorizmlə təhdid edildiyini bildirib.
Çavuşoğlu Trampın səsləndirdiyi fikirlərin qəbuledilməz olduğunu bildirib:
“Bu millət ac qalar, amma Çanaqqala savaşında olduğu kimi boyun əyməz. Dövlət olaraq bu təzyiqlərə qarşı bütün lazım olan addımları atacağıq. Donald Trampın təhdidləri isə qəbuledilməzdir”.
Qeyd edək ki, ABŞ Prezidenti kürdlərə hücum edəcəyi halda, Türkiyəni iqtisadi sanksiyalarla məhv edəcəklərini bildirib.
Trampın açıqlaması rəsmi Ankaranın etirazına səbəb olub.