Vladimir Putinin öz adıyla fərqli obyektlərin adlandırılmasından xoşu gəlmir.
Eurasia Diary xəbər verir ki, bunu “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bununla belə Peskov Qroznıda Putinin adına küçə verilməsinin xüsusi hal olduğunu və bunun daha çox həmin bölgənin adətləri ilə bağlı olduğunu deyib.
O, həmçinin Putinin harasa mühafizəsiz getməsinin mümkün olmadığını da bildirib.