"ABŞ-ın İŞİD-lə arasındakı əlaqə barədə yeni tapıntılar ortaya çıxarmışıq".
Eurasia Diary xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Suriyada ABŞ-la İŞİD arasındakı əlaqələri göstərən sübutları daha öncə bir neçə dəfə ictimaiyyətlə bölüşdük. Bu dəfə ABŞ-ın İŞİD-lə birbaşa əlaqəsi olmasa da, dolayısı yolla əlaqələrini ortaya çıxardıq. Belə ki, ABŞ-ın özəl qüvvələri terrorçuların havadarları haqqında məlumatın sızmasının qarşısını almaq üçün İŞİD üzvlərinin olduğu bir həbsxananı ələ keçirib.
"Taliban" bir müddət öncə verdiyi bir bəyanatda bildirmişdi ki, ABŞ özəl qüvvələri Əfqanıstanda İŞİD üzvlərinin olduğu, "Taliban"a aid cəzaçəkmə yerlərindən birini ələ keçirmək üçün əməliyyat aparıb. Ötən ilin avqust ayında da ABŞ ələ keçirdiyi İŞİD terrorçularının hamısını naməlum bir yerə aparmışdı", - XİN-in bəyanatında qeyd edilib.