Eurasia Diary xəbər verir ki, ABŞ-ın Əfqasıntandakı xüsusi nümayəsi Zalmay Xəlilzad ABŞ-ın Talibana mövqeyiylə bağlı maraqlı açıqlamalar verib.
Xəlilzad Qabildə həyata keçirilən mətbuat konfransında qeyd edib ki, Taliban barışmaq istəsə, barışacayıq, savaşmaq istəsə savaşacaıq".
Xəlilzad həmçinin sülhün təmin edilməsi üçün Talibana təzyiqlərin artırılması gərəkdiyini bildirib.
Qeyd edək ki, ABŞ ordusunu Əfqanıstandan çıxarmağa hazırlaşır. Belə bir zamanda ABŞ diplomatları Talibanla təmasları artırıb.
Talibanın sülh üçün yeganə şərti NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasıdır.
Məhz bu amili nəzərə alaraq yaxın zamanlarda Əfqanıstanda sülhün təmin edilə biləcəyini gözləmək olar.