SSRİ-nin süqutundan təəssüflənən və utanan rusiyalıların sayı əhalinin 45%-ni təşkil edib.
Eurasia Diary xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, rusiyalılar 87%-i Böyük Vətən Müharibəsində qələbə ilə fəxr etdiklərini bildiriblər. Rusiyalılar həmçinin kosmosun öyrənilməsində ölkələrinin aparıcı yer tutması (50%) və Krımın anneksiyası ilə (45%) də fəxr etdiklərini bəyan ediblər.
Respondentlərin 88%-nin fikrincə, Moskva böyük güc statusunu qoruyub saxlamalıdır. Bu mövqeyə iddia edilməməsi gərəkdiyini isə əhalinin 10%-i dəstəkləyib.