Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və “konkret məsələlər” müzakirə olunub.
Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən “İrates” adlı qəzet yazır. Bildirilir ki, həmin “konkret məsələlərdən” biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialı nəzərdən keçirilib.
“Bu o deməkdir ki, indiki və gözlənilən danışıqlar prosesinə böyük ümidlər bəslənmir, Azərbaycan isə tələsir, ona görə də son aylar susur və özünü sakit aparır”-qəzetə məlumat verən mənbə belə deyib.