Rusiya Ukrayna sərhədindən 430 kilometr məsafədə 500 kilometrə qədər hərəkət radiusu olan “İskəndər” raketləri və işəsalma qurğularını yerləşdirib.
Eurasia Diary xəbər verir ki, bu haqda “ImageSat International” şirkətinin çəkdiyi peyk şəkillərində istinadən tərəfindən “Fox News” telekanalı bildirib.
Onlar Rusiyanın qərb regionunda – Krasnodarda yerləşdirilib.
”İskəndər” ballistik raketlərinin hərəkət radiusu təxminən 500 kilometrdir. Onlar adi, həm də nüvə döyüş başlıqları daşıya bilir. Rakertlər ABŞ-ın NATO üzrə müttəfiqlərinin əksəriyyəti üçün təhlükə təşkil edir.