Meksikada boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Eurasia Diary "RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü ölkənin səhiyyə naziri Xorxe Alkoser deyib.
Onun sözlərinə görə, xəstəxanalarda 58 yaralı qalmaqdadır.
***
Meksikanın İdalgo ştatında boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.
Bu barədə İdalqo ştatının qubernatoru Omar Fayad bildirib. Daha əvvəl 66 nəfərin öldüyü, 76 nəfərin isə yaralandığı bildirilirdi.
***
Meksikada boru kəmərində partlayış baş verib.
Eurasia Diary-nin məlumatına görə, bu barədə "Financiero" nəşrinə İdalqo ştatının qubernatoru Omar Fayad bildirib.
Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 71 nəfəri isə yaralanıb.