Belorusiya Prezidenti Aleksandr Lukaşenko Minskin Kiyevə dizel yanacağı satması və bununla Ukrayna tanklarının yanacaqla təchiz olunması iddialarına cavab verib.
Eurasia Diary-nin məlumatına görə, Belorusiya Prezidenti belə tənqidləri daim eşitdiyini, bu səbəbdən ona mütləq cavab verməli olduğunu deyib: "Axı Ukraynada dizel yanacağının hamısı Rusiyanındır... Həm də ruslar benzin və yanacaq göndərişinin həcminin durmadan artırırlar".
Lukaşenko Ukraynaya satılan yanacağın həcmini azaltdıqlarına diqqət çəkib: "Sadəcə bizi Ukrayna bazarına getməyə məcbur qoyurlar. Özü də təkcə neft məhsulları ilə yox, gübrə və başqa bu kimi sahələrdə də..."