”Türkiyə üçün yaratdığımız problemləri həll etməliyik”.
Eurasia Diary xəbər verir ki, bunu Türkiyəyə səfər edən amerikalı senator Lindsey Qraham deyib.
Senator Türkiyənin ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olduğunu qeyd edib:
“Müttəfiq Türkiyəni qorumalı və Suriyada Türkiyə üçün yaratdığımız YPG/PKK problemini həll etməliyik. YPG-nin siyasi qolu (PYD) PKK-ya bağlıdır. Detallar açıq formada ortadadır”.
Qeyd edək ki, hazırda Türkiyədə olan Lindsey Qraham səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarla görüşüb.