Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda ağır qəza baş verib.
Eurasia Diary xəbər verir ki, qəza Kəlbəcərdən Zar kəndinə gedən yolun 12-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, “Niva” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və 2 sərnişin ölüb, daha bir sərnişin isə ağır yaralanıb.
Faktla bağlı araşdırma başladılıb.