Ermənistan Baş naziri Nikol Paşinyanın hərbi məsələlər üzrə müşaviri Arşak Karapetyan Rusiyaya səfər edib.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.
Məlumata görə, Karapetyan Paşinyan tərəfindən Moskvaya 29 dekabrda göndərilib. Onun səfəri 2 yanvara qədər davam edib. Karapetyanın bayram və qeyri-iş günlərində niyə Moskvaya göndərildiyini hələlik müəyyən etmək mümkün olmayıb.