Ermənistanda 2500-dən çox rusiyalı hərbçi həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Eurasia Diary axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Xidməti yayıb.
Həyəcan siqnalı ilə başlayan təlimə aviasiya və S-300, Buk-M1-2 zenit raket sistemləri cəlb edilib. Hərbi təlim çərçivəsində hərbçilər texnikanın daimi dislokasiya yerindən fövqəladə çıxışa hazırlaşıblar.
Təlimə ümumilikdə 500 hərbi texnika cəlb olunub.