Rusiya özünün yeni AK-12 avtomatlarını ilk olaraq Ermənistana satıb.
Eurasia Diary xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində “Kalaşnikov” konserninin baş direktoru Vladimir Dmitriyev deyib. O, tərəflər arasında bununla bağlı razılaşmanın artıq imzalandığını bildirib.
Onun sözlərinə görə, Ermənistana göndərilən silahın ilk partiyasına 50 ədəd AK-12 daxil olacaq:
“Ermənistanın Rusiyadan AK-12 alan ilk ölkə olduğunu deyə bilərəm. Razılaşma imzalanıb. Hələlik biz 50 avtomatdan ibarət kiçik partiya hazırlayırıq. Onlar bunu işdə sınaqdan keçirib yoxlayacaqlar. Ümid edirəm ki, bundan sonra da silah alışına davam edəcəklər”.
Qeyd edək ki, Rusiya bundan öncə AK-12 və AK-15 avtomatlarını 2018-ci ilin yanvarında silahlanmaya qəbul edib. Yeni avtomatlar Hərbi Desant Qüvvələri, dəniz piyadaları və quru qoşunları üçün nəzərdə tutulub.