"Səddamı devirməklə səhv etdik, İrana getməliydik" - Etiraf | Eurasia Diary - ednews.net

16 Fevral, Şənbə


"Səddamı devirməklə səhv etdik, İrana getməliydik" - Etiraf

Dünya A- A A+

Səddam Hüseyni devirməklə səhv etdik, İrana girməli idik.

Eurasia Diary xəbər verir ki, bu sözləri Danimarkanın ifrat sağçı Xalq Partiyasının sözçüsü Soren Espersen deyib.

Espersen 2003-cü ildə Danimarkanın İraq müharibəsinə qoşulmasını yanlış adlandırıb.

“Əlbəttə, Səddam Hüseyni devirməli və bütün bu faciələrə yol açmalı deyildik. Liviyada Qəddafi və Misirdə Mübarək kimi sekulyar liderlər Yaxın Şərqdə sabitliyi təmin edirdi. Hamısının devrilməsinə və bugünkü xaosun yaradılmasına yardım etdik. İsrailli kürəkənim də o vaxt bunu mənə söyləmişdi. İsraildə paraşütçü idi və “Yanlış ölkəyə hücum edirsiniz. İrana hücum etməlisiniz” demişdi. Onu dinləməliydim”, - Espersen bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...