Qorbaçov Reyqanla imzaladığı müqavilədən danışdı və... - Çağırış etdi | Eurasia Diary - ednews.net

18 Fevral, Bazar ertəsi


Qorbaçov Reyqanla imzaladığı müqavilədən danışdı və... - Çağırış etdi

Dünya A- A A+

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov ABŞ-ın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxması qərarını rus mətbuatına şərh edib.

Eurasia Diary xəbər verir ki, eks-prezidentin fikrincə, bununla ABŞ mütləq hərbi üstünlük əldə etmək və dünyaya öz iradəsini qəbul etdirmək məqsədi güdür.

Mixail Qorbaçov Amerika xalqını və Konqresi rəsmi Moskva ilə dialoqa çağırıb.

“Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə 1987-ci il 8 dekabr tarixində Vaşinqtonda ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov imza atıb.

Bu il fevralın 2-də Donald Tramp ABŞ-ın müqavilədən çıxdığını elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...