Varşava sammiti başladı - 60 ölkə bir arada... | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə axşamı


Varşava sammiti başladı - 60 ölkə bir arada...

Dünya A- A A+

Polşanın paytaxtı Varşavaya Yaxın Şərqdə sülhə dair beynəlxalq konfransda iştirak etmək üçün 60 ölkədən nümayəndə toplaşıb.

Eurasia Diary xəbər verir ki, Varşavada bu gün işə başlayan konfransa Avropa Birliyinə üzv dövlətlərin hamısı qatılıb. Böyük Britaniyanı konfransda Xarici İşlər naziri Ceremi Hant, ABŞ-ı vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo, İsrail Baş naziri Benyamin Netanyahu təmsil edir.

Yaxın Şərq regionundan 10, o cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir kimi ölkələr konfransda təmsil olunur. Lakin İran, Türkiyə, Rusiya, Fələstin və Çin nümayəndələri tədbirə qatılmayıblar.

Fevralın 14-də yekun vurulacaq konfransda əsasən Suriyada, Yəməndə baş verən hadisələr, İsrail-Fələstin münaqişəsi və regionda humanitar vəziyyət müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...