Polşa Yaxın Şərqlə bağlı “Varşava prosesi” yaradılmasını təklif edir.
Eurasia Diary xəbər verir ki, bunu Varşavadakı Yaxın Şərq konfransında çıxışı zamanı Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç deyib. Onun sözlərinə görə, bu təklifin əsas məqsədi regionda stabillik üçün səylərin davam etdirilməsindən ibarətdir.
Qeyd edək ki, Yaxın Şərq konfransı Varşavada ABŞ-ın təşəbbüsüylə bu gün başlayıb.