Qazinyan Allaha yalvarır - "Yaz ayları çox qaynar keçəcək" | Eurasia Diary - ednews.net

26 Mart, Çərşənbə axşamı


Qazinyan Allaha yalvarır - "Yaz ayları çox qaynar keçəcək"

Dünya A- A A+
"Bu tənqidlər Suriyaya hərbi heyət göndərilməsindən daha çox, yeni hakimiyyətin ABŞ tərəfinə verdiyi vədlərdən yayınmasına yönəlmişdi". 

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanda Avropa araşdırmaları mərkəzinin rəhbəri, politoloq Artur Qazinyan öz "Facebook" səhifəsində yazıb. 

O qeyd edir ki, ABŞ səfirliyi Ermənistan hakimiyyətinin Suriyaya erməni hərbi heyətinin göndərilməsi barədə qərarına və faktına ciddi reaksiya verib. 

"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Ermənistana etdiyi səfəri çərçivəsində Paşinyan bu qərarı onlara təqdim etsə də, dəstək almayıb. 

Bu tənqidlər Suriyaya hərbi heyət göndərilməsindən daha çox, yeni hakimiyyətin ABŞ tərəfinə verdiyi vədlərdən yayınmasına yönəlib.

Paşinyanın konkret olaraq, ABŞ tərəfinə hansı vədləri verdiyini demək çətindir. Lakin son ayda baş verənləri və kəskin dönüş hallarını təhlil edərək, bu vədlərin olduqca ciddi olduğunu ehtimal etmək olar. ABŞ tərəfi verilən vədlərin icrasına olduqca davamlı nəzarət edəcək. 

ABŞ səfirliyinin kəskin reaksiya verməsinin Paşinyan tərəfindən fevral ayının sonu İrana planlaşdırılan səfər və Qarabağ münaqişəsi məsələsində “sülh müqabilində ərazilər” prinsipindən imtina eməsi ilə bağlı ola bilər. 

Qarabağ məsələsində Ermənistanın yeni hakimiyyətinin toxtaqlığı Davos görüşündən sonra baş verib. Çünki bu görüş baş tutmazdan əvvəl Əliyev-Paşinyan arasında 2, Məmmədyarov-Mnatsakayan arasında keçirilən 4 görüşdən sonra Azərbaycan tərəfi həddindən artıq optimist yanaşma nümayiş etdirirdi. 

İran amili də eyni qaydada vacibdir. Çünki Paşinyan baş nazir təyin edildikdən sonra İrana xüsusi əhəmiyyət vermirdi. Təbii olaraq bu da ABŞ-ın razılığını ifadə edirdi. 

Qeyd edilən reallıqlar sadəcə müəyyən kiçik məqamlardır. Ancaq həcminə görə reallığa yaxındır. Bu da Ermənistanı təhlükəsizlik perspektivinə görə ciddi narahat olmağa məcbur edir. Yaz ayları çox qaynar keçəcək, Allah eləsin ki, Ermənistan bu sınaqdan daha güclü çıxsın", - deyə Qazinyan bildirib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...